Paşinyan KTMT-nin Baş katibi ilə görüşüb

22:42 10.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zasla görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.

Baş katib qeyd edib ki, təşkilat sərhəddə olan vəziyyəti diqqətlə izləyir.